Dünya 14:06 21.07.2022

ABŞ Ukraynaya gizli silah göndərəcək: “Bunun nə olacağını sizə deyə bilmərəm”

ABŞ Vaşinqton və ya onun müttəfiqlərindən birinin tezliklə Ukraynaya döyüş təyyarələri göndərə biləcəyini istisna etmir. Onlar, xüsusən, ABŞ istehsalı da ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Çarlz Brauna istinadən məlumat yayıb

"ABŞ istehsalı var (döyüş təyyarələri - red.), İsveçdən Gripen var, Eurofighter və ya Rafale var. Ona görə də Ukraynaya göndərilə biləcək bir sıra müxtəlif platformalar var", - generalın cavabı sitat gətirilib.

Eyni zamanda o, başqa təfərrüatları açıqlaya bilməyəcəyini və: "Rusiyaya aid olmayan bir şey olacaq... Bunun nə olacağını sizə deyə bilmərəm” deyib.

"Braunun şərhi o deməkdir ki, əslində hərbi təyyarələrin göndərilməsi haqqında söhbət gedir, lakin bunun nə olacağı və nə vaxt baş verəcəyi bəlli deyil", - Politico yazır.

Nizami Bağırov