Ölkə 17:09 15.08.2022

Şabran və Qəbələdə yanğının söndürülməsinə 2 helikopter cəlb olundu (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyinə (FHN) Şabran rayonunun Xəlfələr kəndi və Qəbələ rayonunun Abrıx, Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Qaynarinfo-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Relyefin mürəkkəbliyi və havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirir. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğınların daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə hər iki əraziyə Fövqəladə Hallar Nazirliyindən əlavə qüvvələr, o cümlədən Aviasiya dəstəsinin iki helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

17.09
 
Şabran rayonunda meşədə başlayan yanğın fərdi yaşayış evlərinə keçib.

"Report" xəbər verirki, rayonun Dağ Bilici kəndində güclü meşə və otlaq ərazilərdə yanğın başlayıb, yanğının miqyası genişlənərək ərazidəki evlərədə keçib.

İlkin məlumata görə kənd ərazisində 3 evə zərər dəyib.

Meşə massivinə düşən yanğın yaxınlıqda olan kənd üçün bir sıra təhlükə yaratmaqdadır.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobil və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır