Dünya 10:34 14.09.2022

Ağ Ev: “Rusiya öz ordusundan təkcə Ukraynada deyil, “başqa yerlərdə” də istifadə edə bilər

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Rusiya hələ də güclü hərbi potensiala malikdir və öz qoşunlarından təkcə Ukraynada deyil, həm də "potensial olaraq başqa yerlərdə” istifadə edə bilər.

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, məlumatına jurnalistlər üçün keçirdiyi brifinqdə Kirbi Rusiya hərbi qüvvələrinin vəziyyətini və onların Ukraynada keçirilən xüsusi əməliyyat fonunda mümkün zəifləməsini şərh edib. Onun sözlərinə görə, "Putinin ixtiyarında hələ də son dərəcə böyük hərbi potensial var ki, ondan təkcə Ukraynada deyil, həm də potensial olaraq başqa yerlərdə istifadə etmək olar”.

Kirbi həmçinin xatırladıb ki, ABŞ Müdafiə Nazirliyi Rusiyanı "ifrat təhlükə” kimi qiymətləndirib. "Aydındır ki, onların çoxlu ziyan vurmaq üçün hərbi gücü var", - o deyib.

Alpər