İdman 17:34 27.04.2022

"Araz-Naxçıvan" Türkiyədə toplanış keçir

Azərbaycan Region Liqasının final mərhələsinə hazırlaşan "Araz-Naxçıvan" təlim-məşq toplanışı üçün Türkiyənin Ərzurum şəhərinə yollanıb.
 
Qaynarinfo-nun məlumatına görə baş məşqçi Azər Bağırovun rəhbərliyi altında komanda mayın 6-dək məşqlərini qardaş ölkədə davam etdirəcək. Ərzurumun "Palan" otelində məşkunlaşan "qırmızı-ağlar" 10 gün ərzində 3 yoxlama görüşü keçirəcək.
 
Artıq ilk məşqinə çıxan Naxçıvan təmsilçisinin rəqibləri "Yakutiyespor" və "TFF Ərzurum yığma komandası" (2 görüş) olacaq.
 
Səbuhi Həsənov