Sənət 15:14 21.05.2022

Aygün Səmədzadənin mahnıları ilə Müstəqlillik Günü konserti (VİDEO)

Mayın 28-də "Dalğa Beach"də "Şazeli Bahçe"də bəstəkar, Azərbaycanın xalq artisti Aygün Səmədzadənin mahnıları ilə Müstəqlillik Gününə həsr olunmuş konsert keçiriləcək.

Qaynarinfo xəbər verir ki, dəniz sahilində konsertdə xüsusi qonaqlar iştirak edəcək və tamaşaçıları müxtəlif sürprizlər gözləyir.

Konsertdə Teyyub Aslanov, Ayaz Qasımov, Nigar Cəlilova, Emil Bədəlov, Kəmalə Əhmədova, Nurlan Növrəsli, Zəminə Rəhimova, Pərviz Abdullayev və Zümrüd Bədəlova iştirak edəcək.