Ölkə 14:24 05.08.2022

Azərbaycan Ordusunun Laçında həlak olan əsgərlərinə şəhid statusu veriləcək (YENİLƏNİB)

Azərbaycan Ordusunun Laçın rayonunda xidməti döyüş tapşırığını yerinə yetirərkən xəsarət alan və hospitalda vəfat edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əliyev Tahir Çingiz oğluna və  aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edən  müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Samir Səməd oğlu Xudiyevə şəhid statusu veriləcək.

Qaynarinfo xəbər verir ki, qaanunvericiliyə əsasən, hər iki əsgər şəhid statusu alacaq.
 
 
 15:42

Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.

Qaynarinfo xəbər verir ki, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Müdafiə Nazirliyi "Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
 
Əsgər Tahir Əliyevin müxtəlif bədən xəsarətləri almışdı. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
 
14.24

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Müxtəlif bədən xəsarətləri alan əsgər T.Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.