İdman 09:48 26.08.2022

Azərbaycan Premyer Liqasında 4-cü tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. 

Əvvəlcə "Sumqayıt" doğma meydanda "Turan Tovuz"u qəbul edəcək. Komandalar indiyədək Premyer Liqada qarşılaşmayıblar.

Günün digər görüşündə "Neftçi" evdə "Zirə" ilə görüşəcək. Buna qədər komandalar Premyer Liqada 26 dəfə qarşılaşıblar. Əvvəlki görüşlərin 12-də qonaqlar, 7-də meydan sahibləri qələbə qazanıb. Top fərqi isə bərabərdir - 27:27.

Azərbaycan Premyer Liqası, IV tur

26 avqust (cümə)

18:00. "Sumqayıt” – "Turan Tovuz”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Əli Əliyev
VAR hakimləri: Cavid Cəlilov, Cəmil Quliyev
Hakim-inspektor: Ramil Diniyev
"Kapital Bank Arena”

20:30. "Neftçi” – "Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
VAR hakimləri: Kamal Umudlu, Namiq Hüseynov
Hakim-inspektor: Babək Quliyev
"Bakcell Arena”

4-cü turun "Səbail" - "Kəpəz" və "Qarabağ" - "Şamaxı" oyunları avqustun 27-də, "Qəbələ" - "Sabah" görüşü isə avqustun 28-də keçiriləcək.
 
Səbuhi Həsənov