İdman 12:23 01.09.2022

Azərbaycan Premyer Liqasında 5-ci tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında V tura start veriləcək.

Qaynarinfo xəbər verir ki, "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq. Ağdam təmsilçisi Qəbələdə gəncəlilərin qonağı olacaq. Bölgə komandaları indiyədək ölkə çempionatlarında 49 dəfə üz-üzə gəlib. Bu oyunların 26-da Ağdam klubu, 14-də meydan sahibləri qələbə qazanıb. Top fərqi də "Qarabağ"ın xeyrinədir - 67:54. Qurban Qurbanovun komandası Premyer Liqadakı son 7 görüşün hamısında meydanı 3 xalla tərk edib. "Kəpəz" isə son 4 qarşılaşmada rəqibinə qol vura bilməyib.
 
"Kəpəz" "Qarabağ"la oyuna itkilərlə çıxacaq. Ötən tur "Səbail" ilə qarşılaşmada qırmızı vərəqə alan Tural Axundov və Rauf Əliyev cəzalı duruma düşüb. Peyman Keşavarzi ilə Yeqor Xvalkonun isə oynayıb-oynamayacağı sual altındadır.


Azərbaycan Premyer Liqası, 5-ci tur

1 sentyabr

19:00 "Kəpəz” – "Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Fərid Hacıyev
VAR hakimləri: Rəvan Həmzəzadə, Eyyub İbrahimov
Hakim-inspektor: Ömər Paşayev
Qəbələ şəhər stadionu

Turun digər oyunları sentyabrın 3 və 4-də baş tutacaq.
 
"Sabah" - 12, "Qarabağ" - 9, "Qəbələ" - 9, "Neftçi" - 9, "Səbail" - 4, "Turan Tovuz" - 4, "Zirə" - 4, "Sumqayıt" - 2, "Şamaxı" - 1, "Kəpəz" - 0
 
Səbuhi Həsənov