İdman 09:22 09.09.2022

Azərbaycan Premyer Liqasında 6-cı ura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start veriləcək.

Qaynarinfo xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq. "Turan Tovuz" evdə "Kəpəz"lə görüşəcək. Tovuz şəhər stadionunda keçiləcək, 
Vüqar Həsənlinin idarə edəcəyi Qərb derbisini saat 16:30-da başlayacaq.

Hazırda Tovuz təmsilçisi 7 xalla 5-ci pillədə qərarlaşıb. Xalı olmayan Gəncə klubu isə sonuncudur.

Azərbaycan Premyer Liqası

VI tur

9 sentyabr (cümə)

16:30. "Turan Tovuz” – "Kəpəz”

Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Eyyub İbrahimov, Rövşən Rəcəbov
VAR hakimləri: Elçin Məsiyev, Vüsal Məmmədov
Hakim-inspektor: Munis Abdullayev
Tovuz şəhər stadionu.

Turun digər 4 matçı şənbə və bazar günləri oynanılacaq. Sentyabrın 10-da "Qəbələ" - "Neftçi" və "Səbail" - "Zirə", 1 gün sonra isə "Sumqayıt" - "Şamaxı" və "Qarabağ" - "Sabah" oyunları baş tutacaq.
 
"Sabah" - 13, "Qarabağ" - 12, "Neftçi" - 12, "Qəbələ" - 9, "Turan Tovuz" - 7, "Zirə" - 7, "Səbail" - 5, "Sumqayıt" - 2, "Şamaxı" - 1, "Kəpəz" - 0

Səbuhi Həsənov