İdman 10:45 16.09.2022

Azərbaycan Premyer Liqasında 7-ci tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.

Qaynarinfo-nun məlumatına görə ilk oyun günündə 2 görüş keçiriləcək.

Günün ilk matçında "Sabah" Masazırdakı Bank Respublika Arenada "Turan Tovuz"u qəbul edəcək. Komandalar bunadək Premyer Liqada üz-üzə gəlməyiblər.

Günün digər oyununda isə "Neftçi" 5 xalla 7-ci sırada gedən "Səbail"in qonağı olacaq. İki komanda indiyədək ölkə çempionatında 19 dəfə qarşılaşıb. Bunların 14-də "ağ-qaralar", 2-də "dənizçilər" qələbə qazanıb. 3 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də Laurentsiu Regekampfın komandasının üstünlüyü var - 41:11.

"Neftçi” son 8 görüşdə qalib gəlib. "Səbail” ardıcıl 12 qarşılaşmada qələbə qazana bilməyib.

16 sentyabr
 
Azərbaycan Premyer Liqası, 7-ci tur

18:00. "Sabah" - "Turan Tovuz"

Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Kamran Bayramov, Kamranbəy Rəhimov
VAR hakimləri: Cavid Cəlilov, Eyyub İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
"Bank Respublika Arena".

20:30. "Səbail” – "Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
VAR hakimləri: İnqilab Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Feyzulla Feyzullayev
"ASCO Arena”.

"Qarabağ" - 15, "Neftçi" - 15, "Sabah" - 13, "Turan Tovuz" - 10, "Zirə" - 10, "Qəbələ" - 9, "Səbail" - 5, "Sumqayıt" - 3, "Şamaxı" - 2, "Kəpəz" - 0
 
Səbuhi Həsənov