İdman 09:49 03.09.2022

Azərbaycan Premyer Liqasında daha iki matç keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci turun daha 2 matçı keçiriləcək.

Qaynarinfo xəbər verir ki, günün ilk matçı Şamaxıda keçiriləcək. "Şamaxı" "Turan Tovuz"u qəbul edəcək. Komandalar indiyədək yerli çempionatda qarşılaşmayıblar.

Günün ikinci matçında "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək. Bu, tərəflərin Premyer Liqada 40-cı oyunu olacaq. Əvvəlki matçların 19-da "ağ-qaralar", 12-də qonaqlar meydanı 3 xalla tərk edib. 8 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də "Neftçi" üstündür - 58:44. Son 2 qarşılaşmanın hərəsində 2 qol vuran meydan sahibləri qələbə qazanıb. "Sumqayıt” son 5 görüşdə rəqibini məğlub edə bilməyib.

Azərbaycan Premyer Liqası, 5-ci tur

3 sentyabr

16:00 "Şamaxı” – "Turan Tovuz”

Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Ramil Diniyev
Şamaxı şəhər stadionu

20:30 "Neftçi” – "Sumqayıt”
 
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Babək Quliyev
"Bakcell Arena”

Turun ilk matçında aşağıdakı nəticə qeydə alınıb.
 
"Kəpəz" - "Qarabağ" 0:1
 
"Qarabağ" - 12, "Sabah" - 12, "Qəbələ" - 9, "Neftçi" - 9, "Səbail" - 4, "Turan Tovuz" - 4, "Zirə" - 4, "Sumqayıt" - 2, "Şamaxı" - 1, "Kəpəz" - 0
 
Səbuhi Həsənov