İdman 09:44 27.08.2022

Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü turun daha iki oyunu keçiriləcək.

Qaynarinfo xəbər verir ki, günün ilk matçı Bayıldakı "ASCO Arena"da baş tutacaq. "Səbail" "Kəpəz"i qəbul edəcək. Komandalar indiyədək çempionatda 4 dəfə üz-üzə gəliblər. Bunların 2-də paytaxt klubu, 1-də "Kəpəz" meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Səbail" üstündür - 6:5.
 
Digər qarşılaşma "Qarabağ"la "Şamaxı" arasında keçiriləcək. Bu, komandaların yerli çempionatda 71-ci oyunu olacaq. Əvvəlki qarşılaşmaların 33-də Ağdam klubu, 13-də qonaqlar qələbə qazanıb. Topların nisbətində də meydan sahiblərinin aşkar üstünlüyü var - 95:43.

Azərbaycan Premyer Liqası, IV tur

27 avqust (şənbə)

18:00. "Səbail” – "Kəpəz”
 
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
"ASCO Arena”

20:30. "Qarabağ” – "Şamaxı”
 
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: İmanxan Sultani
"Azersun Arena”

Turun ilk 2 oyununda aşağıdakı nəticələr qeydə alınıb.
 
"Sumqayıt" - "Turan Tovuz" 0:0
"Neftçi" - "Zirə" 2:1.
 
Tura avqustun 28-də keçiriləcək "Qəbələ" - "Sabah" matçı ilə yekun vurulacaq.
 
"Qəbələ" - 9, "Sabah" - 9, "Neftçi" - 9, "Qarabağ" - 6, "Turan Tovuz" - 4, "Zirə" - 4, "Sumqayıt" - 2, "Səbail" - 1, "Şamaxı" - 1, "Kəpəz" - 0
 
Səbuhi Həsənov