İdman 10:24 10.09.2022

Azərbaycan Premyer Liqasında növbəti matçlar keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı turun daha 2 oyunu keçiriləcək.

Qaynarinfo xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq. İlk matçı Qəbələnin eyniadlı təmsilçisi ilə "Neftçi" arasında olacaq.

Tərəflər indiyədək ölkə çempionatında 55 dəfə qarşılaşıb. Bunların 17-də əyalət təmsilçisi, 25-də paytaxt klubu qələbə qazanıb. 13 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbəti də qonaqların xeyrinədir - 82:66.

"Neftçi" son 13 qarşılaşmada yalnız 1 dəfə uduzub. "Qəbələ” son 4 ev görüşündə qol vurub.

Günün son matçında turnir cədvəlinin qonşu pillələrində qərarlaşan "Səbail"lə "Zirə" üz-üzə gələcək.  

Paytaxt təmsilçiləri bunadək Premyer Liqada 19 dəfə rəqib olublar. Bunların 3-ü "Səbail"in, 12-si "Zirə"nin qələbəsi ilə başa çatıb. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv qol sayında rəqibini 27:17 hesabı ilə üstələyir.

"Zirə” son 5 oyunda qələbə qazanıb. "Səbail” son 5 ev matçında qalib gəlməyib.

Azərbaycan Premyer Liqası

VI tur

10 sentyabr (şənbə)

18:00. "Qəbələ” – "Neftçi”
 
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu.

20:30. "Səbail” – "Zirə”
 
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
"ASCO Arena”.

Turun dünən baş tutan bir matçında aşağıdakı nəticə qeydə alınıb 

"Turan Tovuz" - "Kəpəz" 2:0

"Sabah" - 13, "Qarabağ" - 12, "Neftçi" - 12, "Turan Tovuz" - 10, "Qəbələ" - 9, "Zirə" - 7, "Səbail" - 5, "Sumqayıt" - 2, "Şamaxı" - 1, "Kəpəz" - 0

Səbuhi Həsənov