Ölkə 11:50 17.08.2022

Azərbaycanda mal və qoyun əti 20% bahalaşdı - Ekspert

Azərbaycanda qoyun ətinin qiymətində 20%-ə qədər artım var.
 
Bu barədə Qaynarinfo-ya kənd təsərrüfat məhsulları üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, mal ətinin də qiymətində 10% artım var:

"Əvvəllər 10 manata satılan sümüklü mal əti hazırda 12 manata satılır. Qoyun əti isə 20% bahalaşıb”.
 

Salyan rayon sakinlərinin verdiyi məlumata görə, hazırda mal ətinin qiyməti bahalaşaraq 12 manat, sümüksüz mal ət isə 14-15 manat olub.

 
Bahar Rüstəmli