Ölkə 14:57 24.05.2022

Azərbaycandan Həcc ziyarəti üçün qiymət müəyyənləşib. sabahdan sənəd qəbulu başlayır

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.

O qeyd edib ki, Həcc ziyarətinin qiyməti 5 350 ABŞ dolları müəyyən olunub:

"Ziyarət səfərinin iyunun 24-dən iyulun 20-nə qədər həyata keçirilməsi planlaşdırılır. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir”.

QMİ nümayəndəsi bildirib ki, sabahdan, mayın 25-dən Həcc ziyarətinə gedən şəxslər üçün sənəd qəbuluna başlanılır:

"Prosesin iki həftə ərzində yekunlaşması planlaşdırılır”.