Siyasət 18:05 09.09.2022

Azərbaycanın bu ideoloji xətti bir çox dövlətlər üçün də örnək ola bilər - Politoloq

(Yazı "Azərbaycançılıq ideyasının təbliği" mövzusu üzrə hazırlanıb)

"Azərbaycançılıq ideologiyası bu gün cəmiyyətimizdəki milli, siyasi birliyi, xalqla dövlət arasında olan vəhdəti ifadə edən əsas və önəmli ideologiyadır”. 

Bu sözləri Qaynarinfo-ya azərbaycançılıq ideologiyasından danışarkən politoloq Tural İsmayılov bildirib. O qeyd edib ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası bu gün ölkə ərazisində milli kimliyindən, etnik mənsubiyyətindən, dini inancından həyata baxışlarından və dünyagörüşündən asılı olmayaraq, bütün vətəndaşlarımızın vahid dövlət, vahid vətən, vahid millət anlayışı ətrafında sıx birləşdyini göstərən önəmli ideologiyadır:

"Məhs azərbaycançılıq idelogiyasının uzun illər təbliğ edilməsi, tədris prosesində, gənc nəslin yetişdrilməsində və tərbiyə prosesində bu ideologiyaların daimi ön sıralarında olması nəticəsində 44 günlük Vətən müharibəsində Azərbaycan bayrağı altında yaşayan, Azərbaycan vətəndaşlığı olan hər bir vətəndaşımız ərazi bütövlüyümüzün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etməyə hazır olduqlarını göstərdilər”.

Tural İsmayılov onu da qeyd edib ki, ön cəbhədə əsgərlərimiz döyüşərkən, eyni zamanda xalqımız da arxa cəbhədə, düşüncələrindən və bütün fərqliliklərindən asılı olmayaraq, Azərbaycan dövlətinin ərazi bütövlüyü və suveren hüquqların təmin edilməsi uğrunda aparılan savaşda bir nəfər kimi Ali Baş Komandanın və ordunun yanında yer aldı. 

Ona görə də hesab edirəm ki, azərbaycançılıq ideologiyası bundan sonra da inkişaf etdirilməlidir. Bu gün qalib ölkənin qalib vətəndaşları kimi bizi qələbəyə aparan bu ideoloji tezisin daha da inkişaf etdirilməsi üçün hər bir vətəndaşımız təbliğat-təşviqat prosesində fəal olmağı bacarmalıdır”. 



Tural İsmayılov onu da qeyd edib ki, özəlliklə Qarabağa böyük qayıdış prosesi baş verən ərəfədə azərbaycançılıq həm öz doğma yurd-yuvalarına qayıdan məcburi köçkünlərimizin daha da vəhdət halına gəlməsinə, toparlanmasına, bundan sonra da ölkəmizin dirçəldilməsi və inkişaf etdirilməsi üçün hər bir vətəndaşımızın öz üzərinə fərdi məsuliyyətlər qoymasına böyük töhfə verəcək:

"Azərbaycan cəmiyyətinin ən böyük uğurlarından biri olan ailələrdə və ümumiyyətlə, tərbiyə sistemində azərbaycançılıq, vətənpərvəlik hisslərinin aşılanması bundan sonra da davam edəcək”. 

O, qeyd edib ki, məhz Azərbaycan dövləti siyasi arenada hərbi anlamda qazandığı uğurlar və eyni zamanda multikultiralizm, tolerantlıq siyasəti, dünyaya örnək olan siyasi xətti nəticəsində gələcəkdə də bu sahədə dünyanın ən önəmli ölkələrindən biri olacaq:

"Biz baxırıq ki, dünyanın hətta ən inkişaf etmiş ölkələrində belə bu gün dözümsüzlük var. Multikulturalizmə zidd olan siyasi qərarlar verilir. Eyni zamanda etnik separatçılıq problemləri ilə üz-üzə qalırlar. Ona görə Azərbaycan tərəfindən tətbiq edilən azərbaycançılıq ideologiyası, multikulturalizmə əsaslanan bu ideoloji xətt, hesab edirəm ki, hətta özünü inkişaf etmiş ölkələr adlandıran bir çox dövlətlər üçün də mühüm örnək və baza prinsipləri kimi də rol oynaya bilər”.

Günay İlqarqızı

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.