Ölkə 14:14 28.11.2022

AZƏRTAC-ın yeni sədri kimdir? (DOSYE)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Vüqar Əliheydər oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib.

Qaynarinfo Oxu.az-a istinadən Vüqar Əliheydər oğlu Əliyevin dosyesini təqdim edir:

Vüqar Əliheydər oğlu Əliyev 1980-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dillər Universitetini bitirib.

O, bu vəzifəyə təyin olunana qədər AZƏRTAC-da bölmə müdiri kimi, daha sonra isə Prezident Administrasiyasında məsul vəzifədə çalışıb.

Vüqar Əliyev ailəlidir, üç övladı var.