Ölkə 14:56 05.07.2022

Bakı metrosunda qorxulu anlar: Əlində balta ilə gəzən şəxs insanları hədələyir (VİDEO)

Bakı metrosunda əlibaltalı şəxs peyda olub.

Qaynarinfo xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, əlində sellofana bükülmüş balta ilə gəzən şəxs cinsi azlıqları hədələyir. O qeyd edir ki, əgər qarşısına belə bir şəxs çıxsa, baltalayacaq.

Daxili İşlər Nazirliyi (DİN) Bakı metrosunda əlibaltalı gəzən şəxslə bağlı açıqlama verib. DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, sosial şəbəkə üzərində yayılmış görüntü ilə əlaqədar araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik: