İdman 14:02 23.12.2022

Beşqat dünya, üçqat olimpiya çempionu yarışlardan kənarlaşdırıldı

Üçqat Olimpiya çempionu çinli ağır atlet Lyu Xiaoyun dopinq qəbul etdiyinə görə müvəqqəti olaraq yarışdan kənarlaşdırılıb.

Qaynarinfo xəbər verir ki, Beynəlxalq Test Agentliyi (ITA), oktyabrın 30-da 38 yaşlı idmançıdan götürülən dopinq nümunəsində qadağan olunmuş EPO maddəsinin aşkar edildiyini bildirib. Araşdırmalar yekunlaşana qədər yarışlarda iştirakı qadağan olunan Lyu B nümunəsinin analizini tələb etmək hüququna malikdir.

2012 və 2016-cı illərdə kişilər arasında 77 kq-da olimpiya çempionu olan Lyu, Tokio 2020-də 81 kq çəki dərəcəsində yarışlarışlara qatılaraq qızıl medal qazanıb.

Çinli ağır atlet 5 dəfə dünya çempionu olub.
 
Səbuhi Həsənov