Dünya 16:34 19.05.2022

Britaniya Rusiyanın aparıcı aviaşirkətlərinin aktivlərini dondurdu - Sanksiya siyahısı

Böyük Britaniya hakimiyyəti sanksiya siyahısına Rusiyanın ən iri aviaşirkətləri Aeroflot, Rossiya və Ural Hava Yollarını daxil edib.

Qaynarinfo xəbər verir ki, bu barədə material Britaniya hökumətinin saytında dərc olunub. Bildirilir ki, bu daşıyıcıların krallıqda biznes fəaliyyəti qadağan edilib, onların öz ərazisindəki aktivləri dondurulacaq.

"İndi "Aeroflot”, "Ural Airlines” və "Rossiya” Böyük Britaniyanın hava limanlarında istifadə olunmamış gəlirli yerlərini sata bilməyəcək, bu isə Rusiya Federasiyasının təxminən 50 milyon funt-sterlinq qazanmasına mane olacaq”, - bəyanatda deyilir.

Bundan əvvəl, mayın 13-də məşhur rusiyalı gimnast Alina Kabayeva, eləcə də prezident Vladimir Putinin yaxın qohumları Londonun "qara siyahısı”na salınıb.

Alpər