Dünya 13:29 20.09.2022

Britaniya Ukraynaya 2,6 milyard dollardan çox hərbi yardım verəcək – FT

Böyük Britaniya 2023-cü ildə Ukraynaya ən azı 2,63 milyard dollar hərbi yardım ayırmağı planlaşdırır. Baş nazir Liz Trass bu həftə belə bir bəyanatla çıxış edəcək.

Bu barədə Qaynarinfo "Financial Times”a istinadən xəbər verir.

Böyük Britaniyanın Baş naziri Liz Trass bu həftə London tərəfindən gələn il üçün Ukraynaya ən azı 2,63 milyard dollar hərbi yardım göstərəcəyi barədə dünya liderlərini məlumatlandırmağı planlaşdırır.

Nizami Bağırov