Dünya 14:14 06.07.2022

Britaniyada siyasi qalmaqal: Consonun daha bir naziri istefa verdi

Çərşənbə günü, iyulun 6-da Böyük Britaniya hökumətinin ailə məsələləri üzrə naziri Uill Kuins istefa verib.

Qaynarinfo xəbər verir ki, o bu barədə öz Twitter səhifəsində məlumat verib.

"Böyük kədər və təəssüf hissi ilə bu səhər istefamı Baş nazirə təqdim etdim. Xələfimə uğurlar arzulayıram – bu, hökumətdə ən yaxşı işdir”.

Britaniyalı nazir başqa seçimi olmadığını da əlavə edib.

Nizami Bağırov