Sənət 18:23 08.08.2022

Bunu eşidən hər kəs mənə zəng edir" - Xalq artisti

"Özümü 74 yaşında hiss edirəm, ruhum da özümə oxşayır”. 

Bunu Qaynarinfo-ya 74 yaşlı xalq artisti Rasim Balayev deyib. Doğum günü Aşuraya düşən aktyor evdən çıxmadığını dedi:

"Baxıram ki, illər yavaş-yavaş öz işini görür. Bu gün də Aşura günüdür, bu səbəbdən evdən çıxmadım. Televiziyalar mənim ad günümü efirdən təbrik edib. Bunu eşidən kim varsa, hamısı zəng edib təbrik edir. Sağ olsunlar, diqqət göstərənlər”. 

Bahar Rüstəmli