Dünya 13:29 08.08.2022

Çad hökuməti və müxalifəti arasında sülh planı imzalandı

Çad hökuməti ilə müxalifət arasında yekun sülh planı Qətərin paytaxtı Dohada imzalanıb.

Qaynarinfo bu barədə "ƏI-Cəzirə"yə istinadən xəbər verir.

Məlumatlara görə, Çad hökuməti və müxalifəti bu gün - bazar ertəsi Dohada ölkədə sülhün bərqərar olması üçün yekun planı imzalayıb.

Sazişin imzalanması mərasimində keçid hökumətin danışıqlar qrupu, müxalifətin nümayəndələri, Afrika İttifaqının, bir sıra regional və beynəlxalq təşkilatların və müxtəlif ölkələrin nümayəndələri iştirak edib.

Müqavilə imzalandıqdan sonra Qətərin xarici işlər naziri Dohanın Çadda sülhün qorunması üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Afrika ölkəsi olan Çadda illərdir avtoritar hökumətlə silahlı müxalifət arasında hakimiyyət uğrunda mübarizə gedir. Bu mübarizə geniş zorakılıqlarla müşahidə olunur.

M.Arif