Dünya 12:41 08.08.2022

Çin Tayvan yaxınlığında hərbi təlimlərini davam etdirir

Bazar ertəsi, avqustun 8-də Çin ordusu Tayvan yaxınlığındakı sularda genişmiqyaslı təlimlərini davam etdirdiyini açıqlayıb.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Çin ordusunun cümə axşamı günü adanın ətrafında başlayan  təlimi bazar günü günorta saatlarında başa çatmalı idi.

Bu təlim ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin adaya səfərinə cavab olaraq keçirilir.

"Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında dəniz və sualtı hücum imkanlarına diqqət yetirərək birgə dəniz və hava hərbi təlimləri keçirməyə davam edir" deyə yüksək səviyyəli Çin hərbi rəsmiləri bildirib.

Həmçinin Tayvanın Müdafiə Nazirliyi bazar ertəsi ada ətrafında Çin döyüş gəmilərinin və təyyarələrinin müşahidə olunduğunu açıqlayıb.

M.Arif