Ekonomiks 16:27 23.06.2022

Daha bir brend Rusiyanı tərk edir

ABŞ-ın idman geyimləri istehsalçısı Nike, Rusiyanı tamamilə tərk edir.
 
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə şirkət açıqlamasında deyib. Nike martın 3-də Rusiyanın Ukraynadakı hərəkətlərinə cavab olaraq Rusiyadakı şirkətə məxsus bütün mağazalarında fəaliyyətini müvəqqəti dayandıracağını bildirmişdi. Cümə axşamı, Nike McDonald's və Google kimi digər böyük Qərb brendlərinə qoşularaq ölkəni tamamilə tərk edəcəyini təsdiqləyib

Rusiyanı tərk etmək istəyən xarici şirkətlər yaxın həftələrdə Rusiyada qəbul ediləcək yeni qanunla aktivlərinin ələ keçirilməsi və cinayət cəzası təhlükəsi ilə üzləşirlər. Bu, bəzi müəssisələrin gedişini sürətləndirir.

"Nike Rusiya bazarını tərk etmək qərarına gəlib. Bizim prioritetimiz gələcək aylarda məsuliyyətlə əməliyyatlarımızın miqyasını azaltmaqla yanaşı, işçilərimizi tam dəstəkləməyi təmin etməkdir",- deyə firmanın elektron poçtla göndərilən bəyanatında deyilir.

Qeyd edək ki, NİKE-in Rusiya və Ukrayna bazarından gəlirləri ümumi qazancının 1 faizini təşkil edir.

Nurlan Hüseynov