Ölkə 11:51 12.07.2022

Dənizdə köməksiz qalan Lənkəran sakini xilas edilib (FOTOLAR)

Dənizdə köməksiz qalan bir nəfər xilas edilib.

Bu abrədə Qaynarinfo-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, 10 iyul tarixində saat 21:15-də DSX-nin Sahil Mühafizəsinin Cənub regional şöbəsinə Lənkəran rayonunun Kənarmeşə kəndi istiqamətində dənizdə bir nəfərin batması barədə məlumat daxil olub. Qısa müddət ərzində Sahil Mühafizəsinin "Tufan” gözətçi gəmisi həmin istiqamətə göndərilərək sutkanın qaranlıq vaxtı axtarış tədbirlərinə cəlb olunub.

Saat 21:10-da sahildən təxminən 1000 metrədək məsafədə köməksiz vəziyyətdə qalmış Lənkəran rayon Kənarmeşə kənd sakini 13 aprel 1975-ci il təvəllüdlü Mustafayev Rameş Qubad oğlu xilas olaraq sudan çıxarılıb.

İlkin tibbi yardımın göstərilməsindən sonra qeyd olunan şəxs ailə üzvlərinə təhvil verilib.