İdman 13.05.2022

Əfqan Talıbov: “Premyer Liqada komanda çalışdırmağa hazır deyiləm”

Premyer Liqada oynaması üçün lisenziya verilən "Turan Tovuz”un baş məşqçi məsələsinə hələ də aydınlıq gəlməyib. Klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev açıqlamasında 4 namizədin - Əsgər Abdullayev, Yunis Hüseynov, Ayxan Abbasov və Ramin Quliyevin adını çəksə də, konkret kimə üstünlük veriləcəyi bilinmir. Amma bu siyahıda komandanın hazırkı çalışdırıcısı Əfqan Talıbovun adı yoxdur. Maraqlıdır, mütəxəssis kənarda saxlanılmasından narahat deyilmi?

Talıbov Qaynarinfo-ya açıqlamasında suallarımızı belə cavablandırdı:

"Mənə göstərdikləri diqqətə görə "Turan Tovuz” rəhbərliyinə minnətdarlığımı bildirirəm. Müşahidə Şurası bu çətin durumda dəstək oldu. Mənə komandanı həvalə etdilər və Birinci Divizionda mövsümü başa çatdırmağı tapşırdılar. Premyer Liqa məsələsi haqda danşığımız olmayıb. Çempionat bitməyib. Namizədlər ola bilər. Nədən asılı olacaq ya yox - bu haqda rəhbərliklə danışıq aparmamışam. Hər şeyin öz yerini tutması üçün danışıq aparılmalıdır. Mövsümü necə tamamlamağıma mayn 17-dən sonra qiymət veriləcək. Ümumi iclasımız olacaq. Təbii ki, "Turan Tovuz”un Premyer Liqaya çıxmasına sevinirəm. Amma hələlik baş məşqçi kimi onun arxasında olmaq fikrində deyiləm. Bu gün Premyer Liqaya yenidən qayıdan komandanı çalışdırmağa hələlik özümü hazır hesab etmirəm”.

O, Premyer Liqada komanda çalışdırmağa özünü hazır hesab etmədiyinin müəyyən səbəblərə bağlı olduğunu söylədi: 

"Yüksək Liqada klublarda çalışmışam. O ab-havanı bilirəm. Bu gün müəyyən çətinliklər imkan vermir ki, belə qərar qəbul edim. Hələlik gözləmə mövqeyindəyəm. Mən klubda Müşahidə Şurasının üzvüyəm, ailənin içindəyəm. Ona görə də heç bir problem yoxdur. Lazım olsa, təcrübəmdən yararlanaraq kömək etməyə hazıram. Komandanın Premyer Liqada iştirakına sevinirəm və onun bir parçası ola bilərəm. Sadəcə, rəhbərliklə həm PRO kateqoriyası almağım haqqında, həm də ümumi söhbətimiz olmayıb. Demək ki, başqa namizədlərə üstünlük vermək istəyirlər. Mənə komandanı çətin durumdan çıxarmaq tapşırılmışdı. Uzağa getməyimə ehtiyac yoxdur, baş məşqçi və ya köməkçi kimi də çalışa bilərəm. Hər şey mümkündür. Yaxın günlər ərzində kateqoriya məsələsi ilə bağlı suala da cavab tapılacaq. Premyer Liqada işləmək kimi, PRO kateqoriyasını oxumağın da arzusundayam. Çünki uzun müddət idi klublarda çalışmırdım. Getdikcə klubların sayı artır, bu üzdən kateqoriya məsələsini tezliklə həll etməyə məcburam. Bilirsiniz ki, burada maliyyə lazımdır. 2 illik oxumaqla yanaşı, praktikaya da getməliyəm”.

Dörd namizəddən hansına üstünlük verilə biləcəyi haqda müəxəssis bunları dedi:

"Namizədlərlə bağlı heç nə deyə bilmərəm. Komanda ilə məşğulam. Hər gün mşqlərimiz olur. Srağagün oyun keçirmişik. Premyer Liqa ab-havası yaşanır, son matçımıza hazırlaşırıq. Azarkeş coşqusu olacaq. Komandanı təbrik etməyə gələcəklər. Çempionat tamamlanandan sonra hansı namizədlərə səs verməklə bağlı müzakirələr aparılacaq. Büdcə məsələsinə aydınlıq gələndən sonra baş məşqçi də müəyyənləşəcək. "Kəpəz”i də”Turan Tovuz”u da Premyer Liqada böyük çətinliklər gözləyir. Komanda formalaşmalıdır, tələblər çox ciddidir. Namizədləri deyəcəklər, səs verəcəyik. Ancaq hələ indi bu haqda düşünmürəm. Kimlərin baş məşqçi olması məni narahat etmir. Köməyimiz əsirgəməyəcəyəm. Necə lazımdırsa dəstək verəcəyik”.

Səbuhi Həsənov

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?