Ekonomiks 15:02 17.08.2022

Əhalinin gəlirləri açıqlandı

Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20 faiz artaraq 38 milyard 797,2 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən Qaynarinfo-ya bildirilib ki, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 3859 manatlıq gəlir düşüb.

Əhalinin sərəncamında qalan gəlirləri 34 milyard 568,7 milyon manat təşkil edib.