Siyasət 12:51 24.05.2022

Ərdoğanın Bakı səfəri: Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılması müzakirə ediləcək? – Politoloq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Səfər mayın 28-də baş tutacaq. Bölgədə yaranmış qeyri-sabit vəziyyət fonunda Türkiyə liderinin Bakıya səfərinin məqsədi nədir?

Politoloq Cümşüd Nuriyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu səfərlə ümumtürk dünyasının inkişafı yolunda hansı taktiki gedişlərin atılması ilə bağlı ortaya yeni strategiya qoyula bilər:
 
”Ərdoğanın Bakıya səfərlri çox olub. Lakin ilk dəfədir ki, iki qardaş ölkənin rəhbəri ilk dəfə 28 may Respublika Bayramını birgə qeyd edəcəklər. Yəqin ki, bu ənənə halını alacaq. Digər tərəfdən, bilirik ki, ümumtürk dünyasının siyasi arxitektoru Ərdoğanla İlham Əliyevdir. Yəqin ki, həmin istqamətdə masaya hansı taktiki gedişlərin edilməsi yolunda yeni strategiya qoyulacaq. İqtisadi proqnozlaşdırma və nələri ilk öncə, nələri sonra etməklə bağlı tövsiyyə xarakterli indaktiv planlaşdırma da olacaq”. 

Ekspertin fikrincə, tərəflərin müzakirə edəcəyi məsələlər sırasında Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdirilməsi məsələsi də ola bilər:
 
"Görüş fonunda Ankara ilə Bakı yalnız hərbi təlim keçirmək deyil, böyük ehtimalla Azərbaycanın müəyyən bölgələrində hərbi bazalar şəklində Türkiyə ordusuna müəyyən şəraitin yaradılması da müzakirə predmeti ola bilər. Nədən bu, olmasın?! Azərbaycan dövləti və milləti ərazisində  qardaş Türkiyənin hərbi bazasının olmasında maraqlıdır. Hərbi sənaye kompleksinin birgə inkişafı, kənd təsərrüfatı, turim və nəqliyyat sahəsində də müəyyən işlər görülə bilər. Türkiyə dünya toxuculuq və tikinti sənayesinin 6 faizinə nəzarət edir. Bu sahələrin Azərbaycanda inkişafı üçün də hər cür şərait var. Bir sözlə, Ərdoğanın bu gəlişilə bölgədə yaranan yeni reallığın icrasında Türkiyənin də yanımızda olduğunu əyani şəkildə göstərəcək”. 

Rüfət Sultan