Dünya 15:15 24.05.2022

Ermənilər XİN-in divarına “Artsax” yazdı, nazirlik yazını dərhal sildirdi (VİDEO)

Bu gün Ermənistan Respublikası Xarici İşlər Nazirliyi qarşısında müxalifətin aksiyası zamanı etirazçılar nazirliyin girişlərini bağladığı vaxt XİN-in binasının üzərinə "Artsax” yazaraq qondarma rejimin bayrağın da yapışqanlarla yapşdırıblar.
 
Qaynarinfo xəbər verir ki, bu haqda görüntülər Lurer TV Yutub kanalında yerləşdirilib.

Aksiya dağıldıqdan sonra nazirliyin əməkdaşları dərhal qondarma rejimin bayrağı və "Artsax” yazısını təmizləməyə başlayıblar.

Xatırladaq ki, dünən İrəvan metrolarından birində aksiya iştirakçıları tərəfindən yapışdırılan qondarma rejimin bayraqlarının soyulması faktından sonra bu gün bu cür hadisə ikinci dəfədir təkrarlanır.
 
Alpər