Dünya 14.05.2022

Ermənistanın daxili və xarici borcu dayanmadan artır

Son 1 ildə Ermənistanın daxili borcları sürətlə artıb. Ötən il Ermənistanın daxili borcu təxminən 35% (668 milyon dollar) artıb. Bununla paralel olaraq xarici borc da artaraq 10,5% (591 milyon dollar) təşkil edib.  

Qaynarinfo xəbər verir ki, əvvəllər fərqli olan göstəricilərə görə, xarici borc həmişə daxili borcdan daha sürətlə artıb. Lakin hökumət ötən ildən başlayaraq daha çox borc almağa başlayıb. Bu ilin əvvəlində borc sırf daxili borc baxımından artmış və üç ayda 134 milyon dollarla bağlanıb. Aprelin əvvəlində isə Ermənistanın daxili borcu 2 milyard 711 milyon dollara çatıb. Ötən il isə hökumətin daxili borcu 802 milyon dollardan çox olub.

2021-ci ilin sonunda Ermənistanın xarici maliyyə qurumları qarşısında ödənilməmiş öhdəlikləri 6 milyard 190 milyon dollar təşkil edib. 
Xarici borcun strukturunda xaricə yerləşdirilən istiqrazların borcu əhəmiyyətli dərəcədə artaraq demək olar ki, 1,6 milyarda çatıb. Həmin indeksə görə, bu, xarici borcun 25%-dən çoxunu təşkil edir. Ötən ilin əvvəlində bu, cəmi 16% olub.

2021-ci ilin eyni dövrü ilə müqayisədə xarici faiz ödənişləri üzrə borclara xidmət xərclərində artım müşahidə olunub - 17,3% və ya 3,9 milyard dram. Bu da daha çox dövriyyədə olan xarici valyuta istiqrazlarının artımı ilə bağlıdır.

Xarici faiz ödənişlərinin artmasına borclar üzrə orta çəkili nominal faiz dərəcəsinin artımı şərait yaradıb. 

Daxili borc əsasən xəzinə istiqrazlarının buraxılmasından formalaşır. Son məlumatlara görə, onların orta faiz dərəcəsi 10%-i keçir və avrobondlardan iki dəfə yüksəkdir. 

İlin ilk üç ayında hökumət öz borc faizlərinə xidmət göstərmək üçün 39 milyard dramdan çox vəsait ayırıb. Təxminən 27 milyard xarici borcun, 12 milyardı isə daxili borcun faizlərinin ödənilməsinə yönəldilib. Onu valyutaya çevirsək, az qala 80 milyon dollar edir.

Bundan başqa, xarici kreditlərin ödənilməsinə 25,5 milyard dram və ya 53 milyon dollara yaxın vəsait yönəldilib.

Bu gün Ermənistan hökumətinin yeritdiyi siyasətə baxsaq, istər bütövlükdə borcun artması, istərsə də misilsiz olan daxili borcun artması ilə yaxın gələcəkdə bu tendensiya daha da dərinləşəcək.

Telman

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?