Dünya 11:35 17.08.2022

FT: Aİ Türkiyədən Rusiya ilə ticarət məsələsinə aydınlıq gətirməsini istəyir

Aİ ölkələri Ankara ilə Moskva arasında artan əməkdaşlıqdan narahatdırlar və artıq bu məsələ ilə bağlı Türkiyə rəsmiləri ilə əlaqə saxlamağa başlayıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Financial Times” yazır.

Məqalədə deyilir ki, Türkiyənin Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətləri dəstəkləməməsi Avropa rəsmilərini qıcıqlandırır.

Qəzet Türkiyə Ticarət Nazirliyinin məlumatlarına istinadən yazır ki, may-iyul aylarında Türkiyənin Rusiyaya ixracı 2,04 milyard dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 642 milyon dollar çoxdur. Son bir ayda Türkiyənin Rusiyaya ixracı dəyər ifadəsində illik müqayisədə 75% artaraq 2021-ci ilin iyulunda 417 milyon dollardan bu ilin iyulunda 730 milyon dollara yüksəlib. Media bildirir ki, Türkiyənin heç bir ölkə ilə ticarətində belə bir artım olmayıb.

FT-nin istinad etdiyi Türkiyə Xarici Ticarət Məclisinin məlumatına görə, Türkiyənin Rusiyaya tədarük etdiyi mallar siyahısında dəyər baxımından birinci yerdə kimya sənayesi məhsulları (166,5 milyon), ikinci yerdə meyvə-tərəvəz (90 milyon dollar), toxuculuq sənayesi məhsulları (78,5 milyon dollar) gəlir.

Ümumilikdə iyul ayında Türkiyə ixracatı ötən illə müqayisədə 13% artıb.

Alpər