Dünya 10:52 10.09.2022

III Çarlz rəsmi şəkildə Britaniya Kralı elan olundu (YENİLƏNİB)

II Çarlz rəsmi şəkildə Böyük Britaniyanın Kralı elan olunub.

Qaynarinfo xəbər verir ki, məlumatı BBC yayıb.

Bildirilib ki, III Çarlzın kral elan olunması mərasimi Londonda Müqəddəs Ceyms Sarayında keçirilib.

Tədbir iki hissədən ibarət olub.
 
11.02

Sentyabrın 10-da Böyük Britaniyanın kralını rəsmən elan edən qurum olan Varislik Şurası 70 ildən sonra ilk dəfə Londondakı Müqəddəs Ceyms sarayında toplaşacaq. Mərhum II Yelizavetanın böyük oğlu Çarlz (Kral III) avtomatik olaraq monarx olsa da, ənənə xüsusi elan etməyi və yeni dövlət və Birlik ölkələrinin başçısının adını çəkməyi məcbur edir.

Qaynarinfo "The Guardian”ın kral ailəsinin iqamətgahından aldığı xəbərə istinadən məlumat verir ki, tarixdə ilk dəfə Varislik Şurasının iclası televiziya vasitəsilə yayımlanacaq.

Britaniya tacının rəsmi saytı xəbər verir ki, mərasim London vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaq.

Nizami Bağırov