Dünya 10:17 27.09.2022

İjevsk faciəsində ölənlərin sayı 17 nəfərə çatdı

İjevskdə məktəbdə atışma zamanı 11 uşaq və 6 böyük olmaqla 17 nəfər həlak olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə Udmurtiya rəhbərinin saytında Rusiya Federasiyası İstintaq Komitəsinin məlumatlarına istinadən məlumat verilib.

Əvvəllər 15 nəfərin öldüyü, onlardan 11-nin uşaq olduğu məlum idi.

Bazar ertəsi İjevskdəki 88 saylı məktəbdə keçmiş şagird atəş açıb, sonra intihar edib.

Udmurtiyada 4 günlük matəm elan edilib.
 
Alpər