Sağlamlıq 11:15 20.05.2022

İnfeksionist-həkim "Meymun çiçəyi”nin əlamətlərini açıqladı

"Meymun çiçəyi” viruslar vasitəsi ilə yayılan infeksion xəstəlikdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında infeksionist-həkim Namiq Nəbiyev Avropada və Amerikada rast gəlinən "Meymun çiçəyi” virusunun əlamətlərini izah edərkən deyib. O bildirib ki, bu virus 1950-ci illərdən elmə məlumdur:

"Əsas klinikasi hərarətlə başlayır, üşütmə, titrətmə kimi hallar baş verir. Sonra bədəndə səpgilər olur. Səpgilər üzəri irinli, qızarmış olur, ətraflarına toxunduqda ağrı verir”.

Namiq Nəbiyev bildirib ki, bu vurusa yoluxub sağaldıqdan sonra yaranın yerində çox kobud çapıqlar qalır:

"Yoluxmuş insanla kontaktda olduqdan 10-14 gün sonra xəstələnmə baş verir”.

Bahar Rüstəmli