Dünya 13:41 08.08.2022

İranda dəhşətli cinayət: Bir əfqan 10 nəfəri qətlə yetirdi

İranın Kirman əyalətinin Rəfsəncan şəhərinin Behrəman qəsəbəsində 6-sı Əfqanıstan vətəndaşı və 4-ü iranlı olmaqla 10 kişi bir əfqan tərəfindən bıçaqla qətlə yetirilib.

Qaynarınfo bu barədə IRNA agentliyinə istinadən xəbər verir.

İran KİV-i yerli rəsmilərə istinadən xəbər yayıb ki, hücum edən şəxsin narkotik vasitələrin təsiri altında və psixi vəziyyəti qeyri-sabit olan Əfqanıstan vətəndaşı olduğunu müəyyən edilib.

Bildirilir ki, cinayətkar hadisədən sora polis əhatəsində olduöunu görərək bıçaqla özünü vurmaqla intihara cəhd edib. Lakin polis tərəfindən yaxalanaraq, xəstəxanaya aparılıb.

İRNA xəbər agentliyi həmin şəxsin qardaşının da bir neçə qətldə ittiham edilərək həbs olunması barədə xəbər yayıb.

Kirman vilayət idarəsinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Rəhman Cəlali deyib ki, bəziləri fəhlə işləyən İran və Əfqanıstan vətəndaşları arasında əvvəlki mübahisə bu hadisənin başlanmasına səbəb olub.

M.Arif