Dünya 13:16 23.06.2022

İranda SEPAH kəşfiyyat rəhbərinə sui-qəsd oldu

Cümə axşamı, iyulun 23-ü səhər bəzi İran mənbələri İran İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Hüseyn Tayebə qarşı həyata keçirilmiş uğursuz sui-qəsd cəhdi ilə bağlı təsdiqlənməmiş xəbərlər yayıb.

Qaynarinfo bu barədə İsrailin "Terror_alarm" saytının tvitter səhfəsinə istinadən xəbər verir.

Bu xəbərlərə görə, İranda baş verən son təhlükəsizlik hadisələri səbəbilə işdən çıxarılan Tayeb sui-qəsddən sonra xəstəxanaya aparılıb.

"Terror Alarm" Twitter hesabı SEPAH kəşfiyyatının rəhbəri Hossein Tayebə sui-qəsd olunduğunu və xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Bu Twitter hesabına görə, bir neçə gün əvvəl İstanbulda İsrail vətəndaşlarını hədəf alacağı ilə hədələyən Tayeb Tehrandakı Xatəmələnbiya xəstəxanasına yerləşdirilib.

Trans-regional qəzeti "Əl-Şərq əl-Avsat” da SEPAH-ın kəşfiyyat xidmətinin rəhbərinin qaranlıq kriminal keçmişə malik olduğunu yazıb və bildirib ki, İsrail ona öz vətəndaşlarına qarşı sui-qəsd planında rolu barədə xəbərdarlıq edibmiş. O vaxtdan Tayeb İsrailin təhlükəsizlik agentlərinin hədəfində olub. 

Aydın