Dünya 14:44 27.09.2022

İranda vilayəti-fəqih sistemi çat verdi - Mərceyi-təqliddən etirazçılara dəstək gəldi

İranda vilayəti-fəqih sistemi çat verməyə başlayıb.

Qaynarinfo xəbər verir ki, Məsha Əminin polis bölməsində işgəncəyə məruz qalaraq ölməsinə etiraz olaraq başlanan askiyalara ölkənin ruhani kəsimi də dəstək verməyə başlayıb.

İlk dəstək nüfuzlu din xadimləri Əsədulla Bayat Zəncani və Ayətullah Mustafa Mühəqqiqdən gəlib. Zəncani İran hökumətinin kütləvi etirazlara səbəb olan davranışlarını ağılsız və qeyri-qanuni hərəkətlər kimi xarakterizə edib. O bildirib ki, ölkə qanunlarında insanların maarifləndirilməsi polisə həvalə edilməyib.
 

Əsədulla Bayat Zəncani
 
Mühəqqiqi isə Məhsa Əminin öldürülməsini kəskin tənqid edib. Əsədulla Bayat Zəncani və Ayətullah Mustafa Mühəqqiqidən sonra Ayətullah əl-Üzma Nuri Həmədani bəyanat yayaraq aksiya iştirakçılarını dəstəkləyib. Bu barədə Gunaz.TV məlumat yayıb. 

Nuri Həmədani hakimiyyəti xalqın tələblərini dinləyib problemləri həll etməyə çağırıb. Zəncani və Mühəqqiq nüfuzlu din xadimi olsalar da, mərceyi-təqlid titulu daşımırlar. Bu baxımdan, onların bəyanatını İran rejimi üçün o dərəcədə təhlükəli deyil. Lakin Nuri Həmədani həyatda olan 27 mərceyi-təqliddən biridir. Həmədani şah rejiminə qarşı mübarizə aparıb və buna görə sürgün edilən ruhanilərdəndir. Bu baxımdan, onun din xadimi kimi İranda böyük nüfuzu var. Hətta İran hakimiyyətində Həmədaniyə böyük hörmət və rəğbət də müşahidə edilir. Yeri gəlmişkən, 2015-ci ildə Həmədani Azərbaycanda səfərdə olub. 
 

Ayətullah Mustafa Mühəqqiq

Həmədaninin aksiya iştirakçılarını dəstəkləməsi faktiki olaraq vilayəti-fəqih sisteminin çat verməsi anlamına gəlir. Məsələ burasındadır ki, İrandakı aksiyalarda İranın ali rəhbəri Xameneyiyə qarşı da şüarlar səsləndirilir. Mövcud vəliyyi-fəqih diktator adlandırılır. Onun idaretməsi despotizmlə eyniləşdirilir. Bu halda Həmədaninin aksiya iştirakçılarını dəstəkləməsi vilayəti-fəqih sisteminə qarşı çıxmaq kimi qiymətləndirilir. Hər halda Həmədani mərceyi-təqlid kimi yaxşı anlayır ki, vəliyyi-fəqih ən ali mənsəbdir. Onun verdiyi hökmlər təkcə İrana aid deyil. Vilayəti-fəqih nəzəriyyəsini qəbul edən mərcəyi-təqlidlərin də bununla bağlı mövqeyi sabitdir. Məsələn, Ayətullah əl-Üzma Məkarim Şirazi vəliyyi-fəqihin hökmlərinin yalnız İrana aid olub-olmadığı barədə sualı cavablandırarkən bildirib ki, vilayəti-fəqihin mərcə ünvanında verdiyi nəzərlər, bütün hökmlər cahanşümuldur, ölkədən ölkəyə fərq etmir. Beləliklə, o, bu fikirləri ilə vəliyyi-fəqihin hüdudsuz hakimiyyətə sahib olduğunu təsdiq edir. Əslində, Şirazi vilayəti-fəqih nəzəriyyəsini qəbul etdiyinə görə fərqli mövqe sərgiləməsi mümkün deyil. Çünki vilayəti fəqih nəzəriyyəsinə görə, vəliyyi-fəqih şiələrin qeybə çəkildiyinə inandığı 12-ci imamın sözçüsü hesab edilir.
 

Ayətullah Nuri Həmədani
 
Yəni, onun verdiyi hökmlər əslində 12-ci imamın bəyanı kimi qəbul edilir. Deməli, Həmədani əslində 12-ci imamın sözçüsünə qarşı çıxır. Əlbəttə ki, nüfuzlu din xadimi belə yanlışlığa yol verə bilməz. O zaman güman etmək olar ki, Həmədani əvvəldən də birmənalı qəbul edilməyən vilayəti-fəqih nəzəriyyəsinin artıq özünü doğrultmadığını və islami dəyərlərə zərər vurduğunu düşünür. Ehtimal olunur ki, İranda aksiyalar davam edəcəyi təqdirdə digər mərceyi-təqlidlərdən də oxşar bəyanatlar gələ bilər. Digər tərəfdən, hazırda Seyid Əli Xameneyinin səhhətində ciddi problemlərin olduğu deyilir. Bəzi mülahizələrə görə, Xameneyinin varisi kimi onun oğlu Seyid Müctəba Xameneyinin adı çəkilir. Lakin nüfuzlu din xadimlərinin bununla razılaşacağı inandırıcı görünmür. Çünki Seyid Müctəba mərcəye-təqlid deyil. Həmədaninin vilayəti-fəqih nəzəriyyəsinə zidd bəyanatı bu iddiaların əsassız olmadığı qənaətini yaradır. 

Məlumat üçün deyək ki, vilayəti-fəqih nəzəriyyəsi İran İslam inqilabının lideri Ayətullah əl-Üzma Ruhulla Xomeyni tərəfindən irəli sürülüb. İlk vəliyyi-fəqih də Xomeyni özü olub. Lakin o dövrdə Ayətullah Şəriətmədari kimi bir sıra nüfuzlu din xadimləri bu nəzəriyyəyə qarşı çıxıb. Hazırda da vilayəti-fəqih nəzəriyyəsini qəbul etməyən mərcəye-təqlidlər var. Xüsusilə, Nəcəf məktəbinin bu nəzəriyyəyə münasibəti xoş deyil. İraqın nüfuzlu din xadimi Ayətullah əl-Üzma Seyid Əli Sistaninin də vilayəti-fəqih nəzəriyyəsini qəbul etmədiyi bildirilir. Bundan başqa, İrandakı məşhur Şirazi ailəsinin nümayəndləri Seyid Sadiq Şirazi və Ayətullah Seyid Müctəba Şirazinin də bu nəzəriyyəyə və mövcud hakimiyyətə qarşı çıxdığı deyilir. 

Seyid