Dünya 13.05.2022

İsveçrə Rusiya elitasının “çirkli pulları”na “yaşıl işıq” yandırdı

İsveçrə höküməti 6.05 milyard avro dəyərindəki sanksiya altında olan Rusiya aktivlərini məhdudiyyətdən azad edib.
 
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə İsveçrə hökümət nümayəndəsi deyib:
 
"Yetərincə səbəblərimiz yoxdursa, biz aktivləri dondura bilmərik”.
 
İsveçrə hökumətinin İqtisadi əlaqələr üzrə dövlət katibliyindən Bolinqer bununla bağlı bəyanatla çıxış edib və adıçəkilən aktivlərin dondurula bilməyəcəyini vurğulayıb. 

Vurğulayaq ki, İsveçrə Rusiya elitasının sevimli məkanı və gizli maliyyələrinin saxlandığı ölkədir. Hazırda İsveçrə Rusiya aktivlərinin dondurulması tələbləri ilə üz-üzədir. Amerika Helsinki Komissiyası keçən ay İsveçrəni ”Rusiya diktatoru Vladimir Putinin və onun yaxın ətrafının əsas dəstəkçisi” adlandırmışdı. Komissiyanın iddiasına görə, Rusiya elitası gizli cinayətlərindən qazandıqları pulları "yumaq” üçün İsveçrə məxlifik qanunlarından istifadə edir. İsveçrə höküməti isə  ittihamları qəti şəkildə rədd edir. Ölkə prezidenti İqnazio Kasis yanlış təsəvvürün dərhal düzəldilməsini tələb edib. Qeyd edək ki, İsçevrə banklarında ruslara məxsus 213 milyard dollar pul var.

Nurlan Hüseynov

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?