Dünya 15:52 24.09.2022

Litva da səfərbərlikdən qaçan rusiyalıları qəbul etməyəcək

"Litva səfərbərlikdən yayınmaq üçün ölkədən qaçan Rusiya vətəndaşlarını qəbul etməyəcək. Onlar Ukraynaya qarşı müharibəyə görə öz məsuliyyətlərini qəbul etməlidirlər”.

Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna” Litvanın xarici işlər naziri Qabrielus Landsberqisin "Twitter” səhifəsinə istinadən yazıb

"Litva sadəcə olaraq məsuliyyətdən qaçanlara sığınacaq verməyəcək. Ruslar qalıb mübarizə aparmalıdırlar. Putinə qarşı", - o yazıb.

Xatırladaq ki, bundan əvvəl Polşa, Estoniya, Latviya və Çexiya da səfərbərlikdən qaçan rusiyalıların qəbul edilməsinin əleyhinə çıxış ediblər.

Nİzami Bağırov