Sənət 09:52 08.09.2022

Məhəbbət Kazımovun fotosu kəndində asıldı (VİDEO)

30 ildən sonra Əmkdar artist Məhəbbət Kazımovun fotosu kəndində asılıb.

Qaynarinfo xəbər verir ki, sosial şəbəkələrdə işğaldan azad olunan Laçın rayonunun Çorman kəndindən görüntülər yayılıb. Videoda mərhum müğənni Məhəbbət
Kazımovun fotosunun doğulub böya-başa çatdığı kənddə asıldığı görünür.

Qeyd edək ki, Əməkdar artist Məhəbbət Kazımov 2014-cü ildə dünyasını dəyişib. Laçın həsrəti ilə yaşayan sənətkarın ən böyük arzusu öz kəndində dəfn olunmaq olub.
 
Bahar Rüstəmli