Dünya 13:15 07.07.2022

Meymunçiçəyindən yeni ölüm faktları: 99% hədəfdə kişilərdir

Meymunçiçəyi virusunundan daha iki ölüm faktı qeydə alınıb.

Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat verib.

Ümumdünya Səhiyyə Təşkilatı iyunun 27-də əvvəlki məlumat yeniləməsindən bəri meymunçiçəyi xəstəliyindən iki yeni ölüm barədə xəbər verib. Təşkilat ilin əvvəlindən bu yana ölüm hallarının cəmi üç nəfərə çatdığını və xəstəliyin yeni ərazilərə yayıldığını bildirib. 

ÜST son hesabatdan bəri yoluxmanın 77 % artaraq 6,027-yə çatdığını və onların əksəriyyətinin Avropa bölgəsində olduğunu bildirib. Bununla belə, hesabatda hər üç ölüm halının Afrikada qeydə alındığı bildirilir.

Məlumat yeniləməsi həmçinin göstərir ki, gender məlumatının mövcud olduğu halların 99%-dən çoxunda yoluxma kişilər arasındadır. 

"Yoluxma, ilk növbədə, bir və ya bir neçə kişi partnyoru ilə yaxınlarda cinsi əlaqədə olduğunu bildirən kişilərlə cinsi əlaqədə olan kişilər arasında yayılır. 

Bu, onu göstərir ki, hələlik bu şəbəkələrdən kənarda davamlı yayılma siqnalı yoxdur. 

BMT-nin Cenevrədə yerləşən agentliyi epidemiyanın qlobal sağlamlıq üçün fövqəladə vəziyyəti elan edilməsi ilə bağlı tövsiyələr verməkdən ötrü yenidən komitə iclası keçirəcək.

Avropada ən çox yoluxma İspaniyada qeydə alınıb. 
 
Nurlan Hüseynov