Foto 21:03 03.10.2019

Məzar daşına Elçibəylə şəkli vuruldu (FOTO)

Bu ilin iyununda vəfat edən Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın məzar daşı hazırlanıb. Mərhumun məzar daşına həyat yoldaşı ilə birgə rəsmi həkk olunub.

"Qafqazinfo"ya açıqlama verən Əbülfəz Elçibəy və Həlimə Əliyevanın oğlu Ərturqut Əliyev bunun övladlarının istəyi ilə reallaşdığını bildirib. Qeyd edək ki, Həlimə Əliyeva Kələkidə kənd qəbiristanlığında dəfn olunub.