Dünya 12:18 24.09.2022

NATO-nun baş katibi: Rusiya Ukraynada nüvə silahından istifadə edərsə...

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya Ukraynada nüvə silahından istifadə edərsə, bunun "ağır nəticələrini” bilir.

Bu barədə Qaynarinfo CNN-ə istinadən xəbər verir

"Ruslar bunun ağır nəticələrinin olacağını bilirlər. Necə reaksiya verəcəyimiz barədə təfərrüatlara varmayacağam. Bu, onların hansı kütləvi qırğın silahlarından istifadə edə biləcəyindən asılı olacaq”, - Stoltenberq bildirib.

Onun fikrincə, Qərb rəsmilərinin bu cür xəbərdarlıqları Rusiyanın mümkün nüvə silahından istifadəsinin qarşısını almaq üçün lazımdır.

"Nüvə silahından hər hansı istifadə ehtimalı hələ də aşağıdır, lakin bunun potensial nəticələri o qədər böyükdür ki, biz, müvafiq olaraq, bu təhdidləri ciddi qəbul etməliyik”, - baş katib əlavə edib.

Nizami Bağırov