Maqazin 16:43 29.09.2022

Nazilə Səfərli ilə “Louvre Plaza” arasında qalmaqal: Qazi ailəsindən 500 manat istənilib? (VİDEO)

Şair Nazilə Səfərli ilə Bakıda yerləşən "Louvre Plaza” şadlıq sarayı arasında qalmaqal yaşanır. 


Qaynarinfo xəbər verir ki, Nazilə Səfərli təmənnasız şəkildə oktyabrın 4-ü qazinin qızının xına mərasimini təşkil etmək istədiyini, lakin məclisin keçiriləcəyi məkanın - "Louvre Plaza”nın rəhbərliyinin hər hansı xına şirkətinin zala girişinə icazə vermədiyini bildirib:

"Qızın anası rəhmətə gedib, atası isə qazidir. Atasının özəl arzusudur ki, mən həmin məclisdə iştirak edim. Qazi bu gün mənə zəng edib deyir ki, "Nazilə xanım, mən qızımın xeyir işində sizi görmək istəyirəm, ancaq bunlar icazə vermir. Mən də kasıb adamam, sözüm keçmir”… Ay camaat, qazinin balasının toyuna getmək istəyirəm. Məkan qıraqdan heç bir xına şirkətinin girişinə icazə vermir. Onun arzusudur… Mən qazinin balasının, anasız qızının başına sığal çəkməyə gəlirəm, nə istəyirsiniz? Niyə belə edirsiniz? İnsanların arzusunu niyə gözüdə qoyursunuz? Gəlib o anasız qızın nazını çəksək nə olar?”.
"Louvre Plaza”dan isə qafqazinfo.az-a bildirilib ki, Nazilə Səfərlinin iddiaları həqiqəti əks etdirmir: "Bizdə xına havayıdır, restoran tərəfindən hədiyyə olunur. Nazilə Səfərli isə həmin ailədən 500 manat istəyib. Ona görə də qızın atası pulsuz olanı seçib”.

Amma Nazilə Səfərli restoran rəhbərliyinin iddiasını təkzib edib və qazi ailəsindən pul istəmədiyini bildirib: "Mənə pul verən adam niyə zəng edib xahiş etsin ki? Pulunu verən yalvarmır, minnət götürmür. Danışanda bir ağlınız, məntiqiniz olsun. Nazilə 500 manata işə gedir? Batdıqca batırsınız.

Onsuz da yaxşı restoron deyilsiniz, yeməkləriniz bərbaddır, mənim ağız dadıma uyğun deyil. Demirsiniz mən pul istəmişəm, gəlirəm başımın dəstəsi ilə həmin xınanı şənləndirirəm. Daimi işçilərinizə məndən bəzi şeyləri öyrənməyə icazə verirəm. Ayıbdır, ata yazıq adamdır, həyat yoldaşı virusdan dünyasını dəyişib. Vicdanınız olsun, burada bir arzudan söhbət gedir. Adam arzu edib, kim kimin arzusunu gözündə qoyursa arzusu gözündə olsun. Sarayı olsun, amma içində toy etməyə imkanı olmasın”.
Bahar Rüstəmli