Ölkə 15:03 27.10.2022

Nazir müstəntiqi rəis təyin etdi

Quba Rayon Polis Şöbəsində (RPŞ) yeni təyinat olub.

Qaynarinfo xəbər verir ki, polis kapitanı Vasif Zeynallı RPŞ-nin İstintaq Bölməsinin rəisi təyin olunub. Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, V.Zeynallı bu təyinatdan öncə Abşeron Rayon Polis İdarəsində müstəntiq kimi çalışıb.