Ölkə 20:04 25.01.2023

Nazir polis leytenantına vəzifə verdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Cəfərov Mahir Hüseynağa oğlu Goranboy rayon Narkotiklə mübarizə qrupunun Baş Əməliyyat müvəkkili vəzifəsindən azad olunaraq, Gəncə şəhər BPİ-nin cinayət axtarış idarəsinə əməliyyat müvəkkili təyin edilib.