İdman 15:11 23.06.2022

"Neftçi" ilk əcnəbi transferini reallaşdırdı

"Neftçi” ilk transferini rəsmiləşdirib.
 
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, İsrailli futbolçu Ataa Caber ilə 2 il müddətinə müqavilə bağlanıb. 27 yaşlı yarımmüdafiəçi 23 nömrəli formanı geyinəcək.
 
İsrailin "Makkabi” (Hayfa, 2012-2017), "Bney Saxnin” (2015, 2017-2021) və "Aşdod” (2021-2022) klublarında çıxış etmiş Caber 2015-2016-cı illərdə İsrailin U-21 milli komandasının üzvü olub.
 
O, 2016-cı ildə "Makkabi”nin heyətində İsrail Kubokunu qazanıb.
 
Səbuhi Həsənov