Ekonomiks 10:21 05.07.2022

Neftimizin qiyməti 129 dollara yaxınlaşdı

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,5 ABŞ dolları və ya 2,79% artaraq, 128,8 dollar təşkil edib.

Hərraclarda "Brent” markalı neftin sentyabr fyuçersləri 113,5 ABŞ dollardan satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.